Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Uşaq musiqi məktəblərinin iştirakı ilə 2017-2018-ci tədris ilinə - Bilik gününə həsr olunmuş tədbir keçirildi.

16.07.2017

Bu gün Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsini əhatə etdiyi rayonlardan 2-sinin: Ağdam və Laçın rayonlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin iştirakı ilə 2017-2018-ci tədris ilinə - Bilik gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir iştirakçıları ilk öncə Fəxri Xiyabanda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoydular. Sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanına gələrək torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizi ziyarət edərək məzarlarına qərənfillər düzdülər.
Gəncliyə Yardım Fondunda keçirilən konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə açıq elan edildi.
Tədbiri Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vüqar Qədirov Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Möhtərəm cənab İlham Əliyevin “Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz tarixi keçmişimizdir – biz bu sahələrə böyük diqqət göstərməliyik” fikirləri ilə açaraq 15 sentyabr-Bilik günü münasibətilə musiqi məktəblərinin kollektivlərini, eyni zamanda bütün təhsil müəssisələrində işləyən və təhsil alan müəllimləri, tələbələri və şagirdləri İdarənin rəisi Rza Quluyevin adından təbrik etdi. V.Qədirov Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən Azərbaycan mədəniyyətinə, incəsənətinə, musiqisinə göstərilən diqqət və qayğının prinsipiallıqla davam etdirilməsini bu sahənin inkişafına dövlət qayğısının bariz nümunəsi olduğunu bildirdi. 
Natiq Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Xanım Əliyevanın xidmətləri nəticəsində Azərbaycan muğamının, xalça sənətinin bu gün YUNESKO-nun mədəni irs siyahısında olmasını ölkədə mədəniyyətə xüsusi qayğının nəticəsi kimi qeyd etdi. 
V.Qədirov 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsini dövlətimizin milli və bəşəri dəyərlərin qorunmasında verdiyi töhfənin bariz nümunəsi olduğunu vurğuladı. 
Sənət adamlarına dövlət qayğısının ən yüksək səviyyədə olduğunu, ali mükafatlarla təltif olunmalarını, onlara prezident təqaüdünün verilməsini, müasir mədəniyyət obyektlərinin inşa olunaraq mədəniyyət müəssisələrinin istifadəsinə verilməsini və s. qeyd edən Vüqar Qədirov bu sahənin yüksək templə inkişafa gətirib çıxardığını bildirdi.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən tapşırıqların məsuliyyətlə yerinə yetirilməsinin, qərar və sərəncamların prinsipiallıqla icrasının təmin olunmasının vacib olduğunu bildirdi. 
Tədbirdə çıxış edən: 1 saylı Laçın şəhər Uşaq Musiqi Məktəbinin direktoru Gülsüm Məhərrəmova, Cabbar Qaryağdıoğlu adına Ağdam rayon 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Yeganə Vəliyeva, Xan Şuşinski adına Ağdam Muğam Uşaq Musiqi Məktəbinin direktoru Xətayə Cəfərova, Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin direktoru Aygün Hüseynova, Laçın rayon Şəlvə kənd Uşaq Musiqi Məktəbinin direktoru Azər Əliyev, Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuruyeva və digər natiqlər Bilik günü münasibətilə təhsil ictimaiyyətini təbrik etdilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse –Prezident Mehriban Əliyevanın Mədəniyyətə, ədəbiyyata, incəsənətə və s. göstərdikləri diqqət və qayğının, milli irsin qorunub saxlanmasında və beynəlxalq aləmdə təbliğində aparılan məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışdılar. Mədəniyyət və Turizm Nazirliyinin, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin qərar və tapşırıqlarının icra olunmasında ciddi səylə çalışacaqlarını, Azərbaycanın dahi, korifey sənətkarlarının davamçılarının yetişdirilməsində məsuliyyətlə çalışacaqlarını bildirdilər.

 

111.6 KB

 

94 KB

 

79.1 KB