Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

19 iyul 2017-ci ildə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən müəssisələrin iştirakı ilə müşavirə keçirilmişdir.

19.07.2017

  • Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vüqar Qədirovun sədrliyi ilə Bakı şəhərində fəaliyyət göstərən Laçın rayon 1 saylı Uşaq Musiqi Məktəbinin, Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Sarı Aşıq Muzeyinin və Laçın rayon Rəsm Qalareyasının bir qrup kollektivinin iştirakı ilə Müşavirə keçirilmişdir. 
    Müşavirədə Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin fəaliyyətinin günün tələblərinə uyğun təşkil olunması, Mədəniyyət və Turizm Nazirliyinin, Regional İdarənin əmr və tapşırıqlarının icrasının vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, mədəniyyət müəssisələrinin fəallığının artırılması, tədbirlər planına uyğun olaraq bütün müəssisələrin təşkilatçılığı və iştirakı ilə mədəni-kütləvi tədbirlərin keçirilməsi və s. müzakirə edilmişdir.
    Tədbirdə Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsində xor kollektivini müvəffəqiyyətlə müşayiət etdiyinə görə Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Qurbanov Ceyhun Vidadi oğluna Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş Fəxri Fərman təqdim edilib.
    Müşavirədə Regional İdarənin Laçın rayonu üzrə nümayəndəsi Asif Əliyev, Laçın rayon MKS-nin direktoru Ofelya Şükürova, Laçın rayon 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Gülsüm Məhərrəmova, Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuruyeva, Laçın rayon Rəsm Qalareyasının direktoru Xaliq Dünyamalıyev, Sarı Aşıq Muzeyinin direktoru Natiq Əmrahov və s. iştirak etmişlər.

 

65.8 KB

 

53.3 KB

 

49.5 KB