Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

şağı Fərəcan kənd klubunda Laçın rayon 2 nömrəli uşaq musiqi məktəbinin və Laçın rayon Pircahan, Alıqulu, Ağoğlan, Zabux, Malıbəy, Yuxarı Fərəcan,Mığıdərə kənd mədəniyyət evi və klublarının iştirakı ilə 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə tədbir keçirilmişdir

14.11.2019

 08 noyabr 2019-cu il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin Laçın rayon Mədəniyyət Mərkəzinin Aşağı Fərəcan kənd klubunda Laçın rayon 2 nömrəli uşaq musiqi məktəbinin və Laçın rayon Pircahan, Alıqulu, Ağoğlan, Zabux, Malıbəy, Yuxarı Fərəcan,Mığıdərə kənd mədəniyyət evi və klublarının iştirakı ilə 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Laçın rayonunun mədəniyyət işçiləri, rayon ziyalıları , məktəblilər iştirak etdilər.Tədbir Azərbaycan Respublikasının himni ilə başlandı. Giriş sözü ilə çıxış edən Aşağı Fərəcan kənd klubunun müdiri Nuruyeva Solmaz Şahsuvar qızı tədbir iştirakçılarını salamlayıb, əlamətdar hadisələr haqqında geniş məlumat verdi. Daha sonra Laçın 2 nömrəli uşaq musiqi məktəbinin direktoru Böyükağa Abdullayev, şair,publisist Xoşqədəm Cəbrayıloğlu, Pircahan kənd mədəniyyət evinin müdiri Rübabə İbadova çıxış etdilər.Tədbir bədii hissə ilə davam etdi.Şağirdlərin ifasında şer nümunələri, musiqi nömrələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

 

50.8 KB

 

43 KB

 

49.7 KB