Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə də “Bayraq günü” münasibətilə silsilə tədbirlər keçirilir

08.11.2019

Ölkəmizin hər yerində olduğu kimi Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində də “Bayraq günü” münasibətilə silsilə tədbirlər keçirilir.

Belə ki, 8 noyabr 2019-cu il tarixdə Ağcabədi rayon Tarix – Diyarşunaslıq muzeyində  Dövlət Bayrağı Günü münasibətilə dəyirmi masa keçirilib. 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımız qürurumuzdur” mövzusunda keçirilən dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Sadiq Əliyev bayraq haqqında ətraflı məlumat verdi və “Bayraq günü” münasibətilə tədbir iştirakçılarını təbrik etdi.

 

Dəyirmi masada Regional İdarənin məsləhətçisi Ədil Həsənov çıxış edərək Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd etdi.

 

Daha sonra çıxış edənlər ən müqəddəs rəmzlərdən olan bayrağın millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisi olduğunu qeyd etdilər. Ona görə də özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız bizim milli qürurumuzdur.

 

Həmçinin, Dövlət Bayrağı günü münasibətilə 08 noyabr 2019-cu il tarixdə Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində “Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirilib.

Öncə tədbir iştirakçıları Ağcabədi rayon Dövlət Rəsm Qalareyasının və Heydər Əliyev Mərkəzinin təşkil etdiyi Azərbaycanın tarixi bayraqlarını özündə əks etdirən fotolardan, kitab, qəzet və jurnallardan, əl işlərindən və rəsmlərdən ibarət “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı sərgi ilə tanış oldular.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Tədbiri giriş nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra, Bayraq günü münasibətilə mərkəzdə keçirilən silsilə tədbirlər haqqında ətraflı məlumat verdi.Bayraq gününün tarixi barədə də ətraflı məlumat verən natiq bildirmişdir ki, hamımız əminik ki, “Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi, qürur mənbəyimiz olan bayrağımız tezliklə işğal altında olan torpaqlarımızda dalğalanacaqdır!”.

Sonra Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Rəqs” kursunun üzvlərinin ifasında hazırlanmış “Bayraq”, “Şən Azərbaycan” və “Ağ çiçəyim” rəqs nömrələri tədbir iştirakçılarına nümayiş olundu.

 Sonda Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan bayrağının keçdiyi tarixi yol” adlı sənədli film nümayiş olundu.

 

206.1 KB

 

226.4 KB

 

246.1 KB