Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində təşkil olunan məruzələr davam edir

14.10.2019

“Müstəqillik günü “ ilə əlaqədar olaraq təsdiq olunmuş tədbirlər palnına uyğun olaraq Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Ağcabədi rayon ümumtəhsil məktəblərində təşkil olunan məruzələr davam edir.Plana uyğun olaraq 11 oktyabr 2019-cu il tarixdə Mərkəzin əməkdaşı Cavid İsmayılov M.Füzuli adına Yeni Qaradolaq kənd  tam orta məktəbdə “Müstəqilliyimiz əbədidir” adlı məruzə ilə çıxış edib. Müstəqillik tariximizdən ətraflı bəhs edən məruzəçi bildirilmişdir ki, Respublikamız 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə etsə də hakimiyyəti ələ keçirən naşı və səriştəsiz qüvvələr ölkənin üzləşdiyi problemlərin öhdəsindən gələ bilməmiş, nəticədə ölkədə iqtisadi tənəzzül prosesi dərinləşmiş, ciddi problemlər yaranmışdı. Xalq da başa düşürdü ki, ölkəni böhranlı və ağır vəziyyətdən çıxartmaq, ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə – alternativsiz lider məhz Heydər Əliyevdir. Məhz xalqın təkidiylə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Beləliklə, Ulu Öndərin hakimiyyətə qayıdışı, eyni zamanda xalqın qurtuluş, qəhrəmanlıq tarixi olmuşdur.Sonda məktəblilərin fəal iştirakı ilə keçirilən diskussiyada şagirdlər xüsusi fəallıqları ilə seçilmişlər.

 

93.6 KB

 

86.2 KB

 

81.5 KB