Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində “Müstəqillik Günü” ilə əlaqədar olaraq məruzələrlə başlanılıb

11.10.2019

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində məruzələrlə çıxışları 2019-2020-ci tədris ilində də davam edir. “Müstəqillik Günü” ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq oktyabr ayı ərzində təşkil olunan məruzələr Dövlət Müstəqilliyimizə həsr olunur.10 oktyabr 2019-cu il tarixdə M.Aranlı adına şəhər 11 nömrəli tam orta məktəbdə Mərkəzin əməkdaşı Rövşanə Əliyeva “Müstəqilliyimiz əbədidir” adlı məruzə ilə çıxış etmişdir. Məruzə zamanı məktəblilərə xalqımızın müstəqilliyi, azadlığı uğrunda apardığı mübarizələr haqqında ətraflı məlumat verilərək bildirilmişdir ki, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə əldə etdiyimiz müstəqillik xarici hərbi müdaxilə nəticəsində itirilməsinə baxmayaraq, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi ilə başlayan milli azadlıq hərəkatı 1991-cı ilin oktyabrın 18-də “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə nəticələnmiş, Azərbaycan özünün itirilmiş müstəqilliyini 1991-ci ilin oktyabrında yenidən bərpa etmişdir.Məruzəçi həmçinin, uzun illər həsrətində olduğumuz müstəqilliyimizin ilk illərindəçox böyük çətinliklər və bəlalarla üz-üzə dayandığımızı,belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxdığını, belə bir şəraitdə xalqın üzünü Ulu Öndər Heydər Əliyevə tutduğunu bildirmişdir. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.Məruzə zamanı o da vurğulanmışdır ki, Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı – Prezident  İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir.Qeyd edək ki, Ağcabədi rayon ümumtəhsil məktəblərini əhatə edəcək məruzələr tədris ilinin sonunadək davam edəcəkdir.

 

114.5 KB

 

121.5 KB

 

106.3 KB