Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayonunda gənc əsgərlərin həqiqi hərbi xidmətə yola salınma mərasimi keçirilmişdir

09.10.2019

9 Noyabr, 2019-ci il tarixdə, Ağcabədi rayonunda Ağcabədi rayon Hərbi Kommisarlığında gənc əsgərlərin həqiqi hərbi xidmətə yola salınma mərasimi keçirilmişdir. Tədbirdə Ağcabədi rayon rəhbərliyi və aparat işçiləri, rayon ziyalıları, orta məktəblərin “Gənc Şahinlər” dəstəsi, gənc çağırışçılar və onların valideynləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin üzərinə tər çiçəklər düzərək Onun xatirəsini yad etmişlər. Mərasim Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlamışdır. Mərasimdə çıxış edənlər  Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik-leytenant Ramil İsmayılsov, Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı, cənab Şəhin Məmmədov çıxış edərək Ağcabədi rayonundan həqiqi hərbi xidmətə yola düşən bütün gənc əsgərləri ürəkdən təbrik etmiş, onlara öz xeyir-dualarını vermişlər. Daha sonra  bir gənc çağırışçının valideyni, Əməkdar Müəllim Ədalət Hüseynov və gənc çağırışçı Fərid Xankişiyev çıxış etmişlər. Çıxışlar bitən kimi gənc əsgərlər musiqi sadaları altında Azərbaycanın Dövlət Bayrağını öpərək Vətənə sədaqət andı içmişlər. Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan  Üzeyir Hacıbəyli adına Şəhər Uşaq İncəsənət Məktəbinin “Məhəbbətim” instrumental ansamblının ifasında təqdim olunan musiqi proqramı mərasim iştirakçılarında şən əhval ruhiyyə yaratmışdır. Müğənnilərdən Rauf Xəlilov, Bəhruz Əhmədov, Sevinc Abbasova, Kamil Həsənovun ifa elədikləri bayram ovqatlı mahnılar alqışlarla qarşılanmışdır. Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin rəqs kollektivlərinin  təqdim etdikləri rəqs nömrələri, məktəbli şagirdlərin söylədikləri şeir kompozisiyaları da tədbirə əlavə rəng qatmışdır. Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin həyətində keçirilən yolasalma mərasimi təxminən  saat yarım davam etmişdir.

 

371.4 KB

 

441.3 KB

 

218.8 KB