Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon Xocavənd kənd uşaq musiqi məktəbində “ Milli Musiqi” günü təntənəli şəkildə qeyd edilmişdir

09.10.2019

Ağcabədi rayon Xocavənd kənd uşaq musiqi məktəbində 20.09.2019-cu il tarixdə dahi bəstəkar Üzeyir Hacıbəylinin 134-cü il dönümü münasibəti ilə “ Milli Musiqi” günü təntənəli şəkildə qeyd edilmişdir.Tədbirdə ilk olaraq, Azərbaycan Respublikasının dövlət himni səsləndi. Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Ədil Həsənov, kənd sakinləri, valideyinlər və müəllim  şagirdlər iştirak etmişlər. Ağcabədi rayon Xocavənd kənd uşaq musiqi məktəbinin direktoru İbadətAğayev, məktəbin müəllimi Natəvan İbrahimova və başqaları dahi bəstəkar, dramaturq, şərqdə ilk operanın banisi yaradıcı- publisist Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından yazıb yaradığı operalardan dahi bəstəkar Azərbaycan “ Milli Musiqisinə” verdiyi töhfələrdən danışaraq  və məktəbin müəllim və şagirt kollektivini Milli Musiqi günü münasibətiylə təbrik etdi. Məktəbinin direktoru İbadət Ağayev Dövlətimizin və ölkə rəhbərliyinin  mədəniyyət və incəsənət sahəsinə gösdərdiyi diqqət və qayğıdan söhbət açaraq, tədbir iştirakçılarına məlumat vermişdir. Tədbirdə Ağcabədi rayon Xocavənd kənd uşaq musiqi məktəbinin şagirdləri ölməz dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə cıxış etdilər. İlk çıxış Məktəbin tar şöbəsinin III sinif  şagirdi İlqar Novruzlu  tərəfindən Üzeyir Hacıbəylinin I-II  Fantaziyası və başqa əsərləri ifa olundu. Səsləndirilən əsərlər tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.    Tədbirin sonunda məktəbinin direktoru İbadət Ağayev “Milli Musiqi” günü münasibətilə bir daha tədbir iştirakçılarını təbrik etdi, bütün müəllim və şagirdlərə uğurlar arzuladı

 

3.2 MB

 

3.2 MB

 

3.5 MB