Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Taxtakörpü qəsəbəsinin Mədəniyyət Mərkəzində tanınmış şair Şəhriyar Del Geraninin “Gecəniz şeirə...” kitabının imza günü və təqdimatı keçirilib

08.10.2019

“Kitab otağı” layhəsi çərçivəsində həyata keçirilən ilk tədbirdə laçınlı ziyalılar, saz-söz adamları, mədəniyyət işçiləri və sadə oxucular iştikar ediblər.Görüşü açan Laçın rayon Mədəniyyət Mərkəzinin direktoru Sadıq Axundov belə tədbirlərin vacibliyindən bəhs edib və bölgələrdə ədəbi-bədii kitabların təbliği və imza günlərinin keçirilməsinin vacibliyini vurğulayıb. O, Şəhriyar bəyin bölgələrdə imza gününün bir ilk olduğunu tədbir iştirakçıların nəzərinə çatdırıb.İmza günündə çıxış edən Şəhriyar del Gerani öz şeirlərini musiqi sədaları altında səsləndirib.Laçınlı ustad aşıq, Əməktar mədəniyyət işçisi Aşıq Umbay Axundov şairə uğurlar arzulayıb, özünün və böyük ustadların şeirlərindən parçalar söyləyib.Şairin görüşünə gəlmiş ədəbiyyat müəllimi və şair Eynulla Axundov, həkim Orxan Cəbrayıl şairin bir neçə şeirini dinləyicilərin diqqətinə çatdırıblar.Tədbirin sonunda oxucular “Gecəniz şeirə...” kitabını Şəhriyar bəyə imzalatdırıblar.

 

93.8 KB

 

96.4 KB

 

121.5 KB