Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi Regional Mədəniyyət İdarəsinin Laçın rayon mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi

03.10.2019

      01 oktyabr 2019-cu il tarixdə Taxta körpü qəsəbəsində yerləşən Laçın rayon Şamkənd kənd Uşaq Musiqi Məktəbində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Laçın rayon mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş geniş müşavirə keçirildi. Müşavirədə ilk olaraq Regional İdarənin rəisi Rza Quluyev çıxış edərək görülmüş işlərdən, qarşıda duran vəzifə və məqsədlərdən, həmçinin mövcud problemlərdən söz açdı. Daha sonra çıxış edənlərdən Regional İdarənin baş məsləhətçisi, Laçın rayon üzrə nümayəndə Asif Əliyev ötən 9 ay ərzində mədəniyyət müəssisələrinin fəaliyyətindən, görülmüş işlərdən, verilmiş tapşırıqların icrasından və keçirilmiş tədbirlər haqqında müşavirə iştirakçılarına məlumat verdi. Müşavirə diskussiya şəklində davam etdirildi, təkliflər və problemlər müzakirə olundu.Sonda Regional İdarənin rəisi Rza Quluyev hər kəsə uğurlar və müvəffəqiyyətlər arzuladı

 

1.8 MB

 

1.8 MB

 

1.3 MB