Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində yeni tədris ilində fəaliyyətə başlayacaq kurslar ilə əlaqədar olaraq tədbir keçirilib

30.09.2019

28 sentyabr 2019-cu il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 2019-2020-ci tədris ilində fəaliyyətinə davam edəcək kurslarla əlaqədar olaraq kurs rəhbərlərinin və üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.Heydər Əliyev Mərkəzin direktoru Məhsəti Musa tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, 2012-ci ildən etibarən  yeniyetmə və gənclərimizin asudə vaxtlarının daha səmərəli keçirməsi üçün Mərkəzdə “Həvəskar aktyorluq və bədii qiraət”, “Maraqlar üzrə əl işləri”, “Tikiş”, “Toxuculuq”, “Rəssamlıq”, “Rəqs” və “Xalçaçılıq” kursları fəaliyyət göstərir ki, hər il ümumilikdə 200-dən artıq uşaq, gənc və orta yaşın nümayəndələri bu kurslarda müxtəlif peşə və bacarıqlara yiyələnirlər.Kursların ötən ilki uğurlarından da söhbət açan Məhsəti Musa yeni kurs üzvlərinə qaydalar və şərtlər haqqında məlumat verərək tədris ilinin sonunda qaydalara riayət etmiş,kursu uğurla bitirmiş üzvlərə sertifikatların veriləcəyini vurğuladı.Daha sonra“Həvəskar aktyorluq və bədii qiraət”kursunun rəhbəri Gündüz Sevindik və digər kurs rəhbərləri kursun üzvlərinin uğurlarından bəhs etmiş, yeni üzvlərə öz tövsüyyələrini vermiş, dərslərə davamiyyətin zəruriliyini vurğulamışlar.Qeyd edək ki, dərslər oktyabr ayının 1-dən etibarən başlayacaqdır

 

 

86 KB

 

82.4 KB

 

84.3 KB