Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qarabağ Muğam Mərkəzində Fikrət Əmirov adına Əməkdar Kollektiv – Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının iştirakı ilə tədbir keçirilmişdir

26.09.2019

25 Sentyabr, 2019-ci il tarixdə Ağcabədi rayonunda Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində “Üzeyir Hacıbəyli – XI Beynəlxalq Musiqi Festivalı” çərçivəsində Fikrət Əmirov adına  Əməkdar Kollektiv – Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının iştirakı ilə musiqili tədbir keçirilmişdir. Tədbir 15-00 – da başlamışdır. Tədbirdə iştirak edən Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı cənab Şahin Məmmədov və İcra Hakimiyyəti məsul işçiləri, Ağcabədi Regional Mədəniyyət İdarəsi rəisi cənab Rza Quliyev və mədəniyyət müəssisələri rəhbərləri, ADAF-nın direktor müavini Afət Mikayılov, ansamblın bədii rəhbəri Ağaverdi Paşayev, ansamblın direktoru, Əməkdar İncəsənət xadimi Elçin Abbasov və bir qrup muğam-musiqi sevlər Üzeyir Hacıbəylinin büstünün qarşısına tər çiçəklər düzərək dahi bəstəkarın xatirəsini yad etmişlər. Musiqisi məhz Üzeyir bəyə məxsus olan Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva tədbirdə iştirak edən mədəniyyət və İncəsənət xadimlərini salamlamış və hər il olduğu kimi, bu il də Üzeyir Hacıbəyli – Beynəlxalq Musiqi Festivalının məhz bəstəkarın doğulduğu Ağcabədi rayonunda da təntənə ilə keçirilməsindən söz açmışdır. Daha sonra çıxış edən ansamblın bədii rəhbəri, Xalq Artisti Ağaverdi Paşayev ansambla yaradılan gözəl şərait üçün öz minnətdarlığını bildirmiş, onun Mahnı və Rəqs ansamblının vaxtilə məhz Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradıldığını qeyd edərək, Üzeyir sənətinin, Üzeyir musiqisinin ucalığından, əzəmətindən danışmışdır. Tədbirin bədii hissəsi Qarabağ Muğam Mərkəzinin səs müəllimi Əhəd Təhməzovun ifasında dahi bəstəkarın bəstələdiyi “Sevgili canan”  romansı ilə başlamışdır. Avstrya Musiqi Gimnaziyasının məzunu, bir neçə  Beynəlxalq Musiqi yarışmasının qalibi Rəfael Cəfərovun ifa etdiyi “Sənə də qalmaz” mahnısı tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Daha sonra Fikrət Əmirov adına Əəməkdar Kollektiv,  Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının və ansamblın rəqs qrupunun üzvlərinin iştirakı ilə Üzeyir bəyin seçmə əsərlərindən ibarət nümayiş olunan maraqlı kompozisiyalar tamaşaçıların sürəkli alqışlarını ilə qarşılanmışdır. Sonda Əəməkdar Artislər Almaz Orucova, Ehtiram Hüseynov və 2013-cü il Muğam müsabiqəsinin qalibi Ramik Bayramovun ifasında oxunan “Qarabağ Şikəstəsi” tədbirə xüsusi rəng qatmışdır. Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində “Üzeyir Hacıbəyli – XI Beynəlxalq Musiqi Festivalı” çərçivəsində Fikrət Əmirov adına  Əməkdar Kollektiv – Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının iştirakı ilə keçirilən tədbir 2 saat davam etmişdir.

 

1 MB

 

942.6 KB

 

1 MB