Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Hacıbədəlli kənd uşaq musiqi məktəbində “Milli musiqi günü” münasibətilə tədbir keçirilmişdir

23.09.2019

23 sentyabr 2019-cu il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağcabədi rayon Hacıbədəlli kənd uşaq musiqi məktəbində “Milli musiqi günü” və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 134-illiyi münasibətilə geniş tədbir keçirilmişdir. Tədbirdə Hacıbədəlli kənd ictimaiyyəti də iştirak edirdi. Tədbir dövlət himni ilə başlamış, daha sonra görkəmli bəstəkarın “Koroğlu” uvertürası səslənmişdir. Məktəbin direktoru Məhbubə Əliyeva çıxış edərək dahi bəstəkarın həyat və yaradıcılığı haqqında, Azərbaycan musiqisi və incəsənəti üçün göstərdiyi əvəzsiz xidmətlərdən tədbir iştirakçılarına məlumat verdi. Tədbir məktəbin müəllim və şagirdlərinin hazırladığı dahi bəstəkar Ü. Hacıbəylinin əsərlərindən ibarət musiqili proqramla davam etdirildi.

 

409.2 KB

 

305.1 KB

 

498.1 KB