Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon Tarix-Diyarşunaslıq Muzeyində ”Biz Sülh istəyirik” adlı dəyirmi masa keçirilib

23.09.2019

21 sentyabr 2019-cu il tarixdə “Sülh aylığı” çərçivəsində Ağcabədi rayon Tarix-Diyarşunaslıq Muzeyində  “Beynəlxalq Sülh günü”nə həsr olunmuş ”Biz Sülh istəyirik” adlı dəyirmi masa keçirilib.Tarix-Diyarşunaslıq muzeyində təşkil olunan dəyirmi masada Tarix-diyarşünaslıq muzeyinin direktoru Sadiq Əliyev, Pedaqoji Universitetinin Ağcabədi filialının müəllimi tarix üzrə fəlsəfə doktoru Anar Kərimli muzeyin əməkdaşları və Pedaqoji Universitetinin Ağcabədi filialının  müəllim və tələbə kollektivi iştirak ediblər.Muzeyin direktoru Sadiq Əliyev çıxış edərək bütün dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixi haqqında məlumat verdi. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edildiyini və bu aylıq çərçivəsində müxtəlif marrifləndirmə tədbirləri təşkil olunduğunu qeyd etdi. Bildirdi ki, sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə, uğurla həyata keçirilir. Sonra Pedaqoji Universitetinin Ağcabədi filialının müəllimi tarix üzrə fəlsəfə doktoru Anar Kərimli çıxış edərək cəmiyyətdə sülhün, təhlükəsizliyin və sabitliyin vacibliyi vurğuladı, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundu. Bildirdi ki, bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də sülh xüsusi əhəmiyyət kəsb edir. Qeyd etdi ki, Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə nümayiş etdirsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir. Ermənistan nəinki atəşkəsə əməl etmir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini kobud şəkildə pozmaqda davam edir. Şəhər İcra Hakimiyyətində məsul şəxs Samirə İsmayılova tarixdə indiyədək 14 min müharibə baş verdiyini, bunun da nəticəsində 3,5 milyard insan həlak olduğunu qeyd etdi.. Dünya bu gün də ədalətsiz savaşlardan əziyyət çəkir. Muzeyin bələdçisi Səlminaz Rəhimova çıxışında sülh mədəniyyətinin ilk növbədə ailədən başlanmasının vacibliyini diqqətə çatdırdı, valideynlərin öz övladlarına erkən yaşlardan bu istiqamətdə bilgilər verməsini tövsiyə etdi. Sonda dəyirmi masa ətrafında tələbələrlə ”Biz Sülh istəyirik” başlığı altında diskusiya xarakterli fikir mübadiləsi aparıldı.Sonda İnsan Hüquqlarına həsr olunmuş videorolik izlənildi.

 

2 MB

 

2.1 MB

 

2 MB