Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi Rayon Tarix –Diyarşunaslıq muzeyində Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü münasibətilə mühazirə xarakterli tədbir keçirilib

23.09.2019

18 sentyabr-Milli Musiqi Günü və Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəyovun anadan olmasının 134 illiyi ilə əlaqədar tədbirlər planı hazırlanmışdır.Tarix-Diyarşunaslıq muzeyində təşkil olunan tədbirdə muzeyin əməkdaşları və Pedaqoji Universitetinin Ağcabədi filialının  müəllim və tələbə kollektivi iştirak edib. Əvvəlcə tələbələr Ü.Hacıbəyovun xatirəsini anmaq üçün onun heykəli qarşısında gülqoymada iştirak ediblər. Sonra muzeyin foyesində dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş kitablardan və rəsmlərdən ibarət sərgi tanış olublar. Daha sonra muzeyin konfrans zalında Ü.Hacıbəyova həsr olunmuş mühazirə oxunulub.Tədbir dahi bəstəkarın bəstələdiyi Azərbaycan Respublikasının himni səsləndirilərək açılış elan edilib.Tədbiri açıq elan edən muzeyin direktoru Sadiq Əliyev Azərbaycan musiqisinin tarixi, Milli Musiqi Günü, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında geniş məlumat verib. Muzeyin elmi işçisi Zalxa Səmədova çıxış edərək bildirilib ki, milli mədəniyyətə daim böyük diqqət ayıran ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1995-ci ildən başlayaraq, Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin ad günü – sentyabrın 18-i ölkədə Milli Musiqi Günü kimi qeyd edilir. Milli musiqimizin dərin köklərə söykəndiyi, Üzeyir Hacıbəylinin Azərbaycan musiqinin inkişafında əvəzsiz rol oynadığı tələbələrin diqqətinə çatdırıb. Pedaqoji Universitetinin Ağcabədi filialının müəllimi tarix üzrə fəlsəfə doktoru Anar Kərimli çıxış edərək dahi bəstəkarın, Şərqdə ilk operanın banisi, eyni zamanda, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xidmətlərindən danışılıb.Təşkil olunan tədbirdə şagirlərlə dəyirmi masa ətrafında Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında diskussiya aparılıb.Sonra tələbələr Ü.Hacıbəylinin hayatı aid videoroliki izləyiblər.Sonda Dil-Ədəbiyyat fakültəsinin tələbələri Tarix –Diyarşunaslıq muzeyi ilə tanış olublar və xatirə şəkili çəkilib.

 

1.8 MB

 

2.3 MB

 

1.7 MB