Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon Hüsülü kənd uşaq musiqi məktəbində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 134-illiyi münasibətilə geniş tədbir keçirilmişdir

23.09.2019

20 sentyabr 2019-cu il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağcabədi rayon Hüsülü kənd uşaq musiqi məktəbində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 134-illiyi münasibətilə geniş tədbir keçirilmişdir. Tədbir dövlət himni ilə başlamış, daha sonra görkəmli bəstəkarın “Koroğlu” uvertürası səslənmişdir. Məktəbin direktoru Cəfərov İlqar çıxış edərək dahi bəstəkarın həyat və yaradıcılığı haqqında, Azərbaycan musiqisi və incəsənəti üçün göstərdiyi əvəzsiz xidmətlərdən tədbir iştirakçılarına məlumat verdi. Tədbir məktəbin müəllim və şagirdlərinin hazırladığı dahi bəstəkar Ü. Hacıbəylinin əsərlərindən ibarət musiqili proqramla davam etdirildi.

 

4.4 MB

 

4.5 MB

 

4.7 MB