Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon Tarix-Diyarşunaslıq muzeyinin əməkdaşlarının iştirakı ilə yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib

05.09.2019

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 05 sentyabr 2019-cu il tarixində Ağcabədi Rayon Tarix-Diyarşunaslıq muzeyində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi MKS, Ağcabədi Dövlət Rəsm Qalereyasının,Kəhrizli kəndi Həmidə xanım Məmmədquluizadənin ev muzeyinin və Tarix-Diyarşunaslıq muzeyinin əməkdaşlarının iştirakı ilə yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib. Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Meşələrdə yanğın təhlükəsizliyi”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub.Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

 

1.5 MB

 

1.5 MB

 

1.4 MB