Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi Regional Mədəniyyət İdarəsi tərəfindən “Dini Radikalizimlə mübarizə” mövzusunda növbəti tədbir keçirilib

05.09.2019

Ağcabədi rayonunda “Dini Radikalizimlə mübarizə” mövzusunda silsilə görüşlərin keçirilməsi davam edir. Növbəti görüş 05 avqust 2019-cu il tarixdə Ağcabədi rayon Xocavənd kənd 3 saylı orta məktəbində valideynlərin iştiakı ilə keçirildi. Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva çıxış edərək bu gün bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə görüş iştirakçılarına ətraflı məlumat verərək radikalizmin qarşısının alınmasında maarifləndirmənin önəmini xüsusi qeyd etmişdir.Dövlətin və cəmiyyətin dini radikalizmin təhlükəsindən qorunması, şagirdlərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün bu cür maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin vacibliyinivurğulayan natiq, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, dini radikalizm meyillərinə qarşı məlumatlı olmağın önəmini də diqqətə çatdırmışdır.Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

82.6 KB

 

108.5 KB

 

113 KB