Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi Regional Mədəniyyət İdarəsinin 2019/2020-ci tədris ilinə hazırlığı ilə əlqədar müşavirə iclası keçirildi

04.09.2019

       Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyevin rəhbərliyi ilə Regional İdarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisə rəhbərləri ilə 04 sentyabr 2019-cu il tarixdə  Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyinin akt zalında geniş müşavirə iclası keçirilmişdir.İclasda “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinin  yeni 2019/2020-ci tədris ilinə hazırlığı haqqında” Azərbaycan  Respublikasının Mədəniyyət naziri, hörmətli cənab Əbülfəs Qarayevin imzaladığı 233  nömrəli  07 avqust 2019-cu il tarixli  əmrindən irəli gələn çoxsaylı vəzifələr, mədəniyyət müəssisələrində aparılmış monitorinqlərin nəticələri, Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan bütün uşaq musiqi, incəsənət məktəblərində və Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində 2019/2020-ci tədris ilinin birinci günü- 16 sentyabr 2019-cu il tarixdə tədris müəssisələrində keçiriləcək “Bilik günü” dərslərinin yüksək səviyyədə keçirilməsi və sair məsələlər müzakirə edilmişdir.

          Məktəb rəhbərləri çıxışlarında rəhbərlik etdikləri məktəblərin 2019/2020-ci tədris ilinə tam hazır vəziyyətdə olmalarını, məktəblərə ayrılmış şagird qəbul planlarının yekun mərhələsində olduğunu, məktəblərdə ciddi əmək intizamının daim nəzarətdə saxlanıldığını, “Bilik”günü” dərslərinin yüksək əhval-ruhiyyədə təşkil olunacağınıını xüsusi ilə qeyd etdilər.Müşavirəinin gündəliyində olan məsələlərlə bağlı  aparılan geniş diskussiyalarla və irəli sürülən təkliflərlə bağlı  Regional idarənin rəisi cənab Rza Quliyev məktəblərin 2019/2020-ci tədris ilinə hazırlığın səviyyəsindən razılığını bildirərək, məsləhətçilərinin mədəniyyət müəssisələrində aparılan monitorinqlərin nəticələri barədə aşkar edilmiş nöqsanlar a və sair promlemlərin həllinə diqqət çəkərək, həmin nöqsanların qısa zaman kəsiyində aradan qaldırılmasının vacibliyini   müəssisə rəhbərlərinin nəzərinə bir daha xatırlatdı.

         2019/2020-ci tədris ilinin əvvəlində  bütün tədris ocaqlarının  musiq ədəbiyyatlarına, tədris planlarına, müxtəli sinif jurnallarına, fərdi vərəqələrə və sairəyə olan ciddi tələbatlarının Nazirlik tərəfindən yüksək səviyyədə  təmin edilməsini xüsusi vurğulamaqla, tədris ilinin uğurla başa vurulması üçün müəssisə rəhbərlərinin üzərlərinə düşən vəzifə öhdəliklərini qanunamüvafiq surətdə yerinə yetirəcəklərinə əmin olduğunu bildirdi.

 

366.9 KB

 

338.9 KB

 

291.5 KB