Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Dini Radikalizimlə mübarizə” mövzusunda tədbir keçirilib

03.09.2019

03 sentyabr 2019-cu il tarixdə M. Əsədov adına Ağcabədi şəhər  5 saylı tam orta məktəbdə “Dini radikalizimlə mübarizə və dini mərasimlərin qaydalara uyğun keçirilməsi” mövzusunda görüş keçirildi.Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva islam dini, eləcə də, radikal və qeyri-ənənəvi dini cərəyanlar haqqında ətraflı məlumat verərək dini kimliyimizin milli kimliyimizə qarşı qoyulması cəhdlərindən söz açmış, ənənəvi İslamın zəiflədilməsi, dinin siyasiləşdirilməsi üçün atılan addımların xalqımıza, dövlətçiliyimizə vura biləcəyi zərbələrədən danışmışdır. Bu işdə xalqımızın bir olmasını, dövlətimizin həyata keçirdiyi uğurlu siyasətin ətrafında yumruq kimi birləşməyin vacibliyini vurğulayan natiq, xurafatın və dünyəvi təhsilə qarşı çağırışların artmağa meyilli olduğu vaxtda hər bir valideynin öz övladı, öz yaxın ətrafı ilə məşğul olmasının elə dövlətçiliyimizə böyük dəstək olduğunu bildirdi.Daha sonra valideynlərlə birlikdə fikir mübadiləsi aparıldı, müəyyən təkliflər səsləndirildi.

 

85.9 KB

 

72.5 KB

 

77.2 KB