Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcabədi regional Mədəniyyət İdarəsinin təşəbbüskarlığı ilə tədbir keçirilib

16.07.2019

İyulun 16-da Müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin təşəbbüskarlığı ilə Ağcabədi rayon Tarix-Diyarşunaslıq muyzeyində tədbir keçirilib. Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin Mədəniyyət işçiləri iştirak edib.Ağcabədi Regional Mədəniyyət İdarəsi  və Ağcabədi rayon Tarix-Diyarşunaslıq muyzeyinin təşkilatçılığı ilə reallaşan tədbirdə Ulu Öndərin fəaliyyətinə həsr olunan videoçarx nümayiş edilib.

Tədbiri açıq elan edən Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyev Azərbaycan xalqının, dünya azərbaycanlılarının taleyində əhəmiyyətli rol oynayan, müasir ölkəmizin inkişafında əvəzsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş söhbət açıb. Natiq Ulu öndər Heydər Əliyevin  respublikaya ilk dəfə rəhbərlik etdiyi dövrdə bugünkü müstəqilliyimiz üçün mühüm iqtisadi və mənəvi potensialın yaradıldığını bildirib. Qeyd edilib ki, məhz ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırıldığı və təqiblərə məruz qaldığı dövrdə Qarabağda erməni separatizmi baş qaldırıb, Ermənistan ərazi iddiaları irəli sürərək hərbi təcavüzə əl atıb. Müstəqil dövlətçiliyimizin xilası və xalqımızın üzləşdiyi bəlalardan qurtulması onun yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtması sayəsində mümkün olub.

Tarix-Diyarşunaslıq Muzeyinin direktoru Sadiq Əliyev, Ağcabədi Rayon Heydər Əliyev Mərkəzindən Rövşanə Əliyeva  ,Ağcabədi MKS –nin müdir müavini Təranə , Ağcabədi MKS-nin direktoru Məhəbbət Əliyeva, Ağcabədi Rəsm Qalereyasının direktoru Əkbər Əliyev, Laçın MKS-nin direktoru Ofeliya Şükürova, Laçın Rayon Mədəniyyət Mərkəzinin elmi işçisi  Səbuhi Mikayılov və başqaları  çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən, Ümummilli Liderin xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söhbət açıblar.

 

2.4 MB

 

1.9 MB

 

2.2 MB