Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

09 iyul 2019-cu il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin Regional Müşavirəsi keçirilmişdir

09.07.2019

09 iyul 2019-cu il tarixdə Ağcabədi şəhər Tarix Diyarşünaslıq muzeyində Ağcabədi Regional Mədəniyyət İdarəsinin, 2019-cu ildə ötən 6 ayı ərzində görülmüş işlər və qarşıda duran məsələlər barədə Regional Müşavirəsi keçirilmişdir. Müşavirdə Regional İdarənin əldə etdiyi nəticələr təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub. Regional İdarənin rəisi Rza Quluyev müşavirəni açaraq regionda mədəniyyət sahəsində həyata keçirilən tədbirlər haqqında çıxış edib. Sonra hesabatla bağlı İdarənin məsləhətçisi Azər Əliyev, mühasib Cavid Abbasov, Regiona daxil olan (Ağdam, Laçın) rayonlarının nümayəndələri Şahin Qasımov və Asif Əliyev çıxış etdilər . Struktura daxil olan bütün mədəniyyət müəssisələrinin rəhbərlərinin iştirak etdikləri iclasda Heydər Əliyev Mərkəzinin, uşaq musiqi və incəsənət məktəbləri və mədəniyyət mərkəzinin, mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları çıxış edərək hesabat dövründə əldə olunan nailiyyətlər, yol verilən nöqsanlar, mövcud problemlər haqqında məlumatlar vermişlər. Müşavirədə çıxış edənlər mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti barədə təkliflərin hazırlanıb həyata keçirilməsi barədə fikirlərini bildiriblər. Bir qrup fəal işçilərə Fəxi fərmanlar təqdim olundu və sonda rəis yerlərdə mədəni xidmətlərin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini bir daha diqqətə çatdırıb. Müəssisə rəhbərlərinə işlərinə daha ciddi yanaşmaları və səmərəli fəaliyyət göstərmələri üçün tapşırıqlar verib.

 

101.7 KB

 

113.9 KB

 

81.3 KB