Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon Hindarx qəsəbəsində İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi məqsədi ilə tədbir keçirmişdir

02.07.2019

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1№-li Hindarx qəsəbə kitabxana filialı, C.Cabbarlı adına Hindarx qəsəbə klubu ilə birlikdə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə tədbir keçirmişdir. Kitabxananın müdiri Vəsilə Məmmədova giriş sözü ilə çıxış edərək bildirib ki, bu il Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi təkcə ölkəmizdə deyil, dünyada rəngarəng tədbirlərlə qeyd olunmaqdadır. Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi klassik Azərbaycan poeziyasında öz yaradıcılıq yolu ilə seçilən, anadilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır. İdealları uğrunda mübarizə aparan, hətta son nəfəsində də öz ideyasından dönməyən bu böyük tarixi şəxsiyyətin irsi altı əsrdir ki, öyrənilir.Hindarx qəsəbə klubunun müdiri Çimnaz Ağayeva öz çıxışında vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə birinci rəhbərliyi dövründə, yəni 1973-cü ildə YUNESKO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi beynəlxalq miqyasda qeyd edilib. Həmin dövrdə Nəsiminin irsinin tədqiqi və adının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülüb. Bu gün AMEA-nın Dilçilik İnstitutu böyük şairin adını daşıyır. Paytaxt şəhərimizin bir rayonuna Nəsiminin adı verilib.2018-ci il noyabr ayının 15-də isə ölkə Prezidenti “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bu, böyük şair və mütəfəkkirə dövlət səviyyəsində verilən dəyərin və ehtiramın ifadəsidir.

 

125.3 KB

 

120.4 KB

 

136.5 KB