Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə tədbir keçirilmişdir

27.06.2019

26 iyun 2019-cu il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatşılığı ilə Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Ədil Həsənov açmışdır. O öz çıxışında qeyd etmişdir ki, ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyev tədbirdə iştirak etmişdir. O öz çıxışında bildirib ki, Ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Prezident, Ali Baş komandan İlham Əliyevin diqqət və qayğısı ilə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək qüdrətlənib. Ordumuzun maddi-texniki bazası möhkəmlənib, müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülüb, döyüş qabiliyyəti artıb.Və tezliklə Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycan bayrağı bütün işğal altında olan ərazilərimizdə dalğalanacaqdır.Çıxış edənlər hər biri milli ordu quruculuğu prosesində Heydər Əliyevin misilsiz xidmətləri olduğunu və bugün də hərbi sahəyə xüsusi əhəmiyyət verildiyini qeyd edib.

 

178.6 KB

 

146.5 KB

 

147.3 KB