Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayonu üzrə hesabat konsertləri keçirilib

13.06.2019

Ağcabədi Regional Mədəniyyət İdarəsinin 27 may 2019-cu il tarixli, 110 nömrəli Əmrinə əsasən Regional İdarənin tabeliyində fəaliyyət göstrən (Ağcabədi, Ağdam, Laçın) Uşaq Musiqi, İncəsənət  məktəbləri və Muğam Mərkəzində 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar hesabat konsertləri keçirilir.Belə ki, 11 iyun 2019-cu il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə Uşaq Musiqi məktəbində Hindarx qəsəbə, Boyat, Kəhrizli, Sarıcalı və Hüsülü kənd Uşaq Musiqi məktəblərinin hesabat konsertləri keçirilmişdir. 12 iyun 2019-cu il tarixdə Ü.Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbində Ağcabədi şəhər Uşaq Musiqi məktəbi, Şəhər İncəsənət məktəbi, Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi, Hacıbədəlli və Xocavənd kənd Uşaq Musiqi məktəblərinin və Laçın rayon Şamkənd kənd Uşaq Musiqi məktəbinin hesabat konsertləri keçirilmişdir.Yekunda məktəblərin çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.

 

747.1 KB

 

132.5 KB

 

66.8 KB