Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlərə start verilib

31.05.2019

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlərə start verilib. 30 may 2019-cu il tarixdə açıq havada “Uşaqların nağıl dünyası” başlığı altında tədbir keçirilib. Uşaq şöbəsinin əməkdaşları çıxış edərək tədbirdə iştirak edən uşaqları 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edib : "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Bu səbəbdən də uşaqlara daimi xüsusi qayğı və diqqət göstərilməlidir və hər bir azərbaycanlı əlindən gəldiyi qədər azyaşlılardan öz sevgisini, mərhəmətini, köməyini əsirgəməməlidir".
Uşaqlar şerlər söylədilər, rəqs etdilər, kiçik oyunlar oynadılar.Sonda tədbirdə iştirak edən valideynlər bu tədbirin keçirilməsində əməyi olan hər bir kəsə öz minnətdarlığını bildirdilər

 

228 KB

 

225.5 KB

 

226.2 KB