Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirib

29.05.2019

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Kəhrizli kənd kitabxana filialı və Həmidə xanım Məmmədquluzadənin ev muzeyi ilə birlikdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirib. Tədbirdə Ağcabədi rayon MKS-in direktoru M.Əliyeva, Direktor müavini T.Məmmədova, İnformasiya resurs şöbəsinin müdiri G.Quliyeva iştirak etmişdir. Əvvəlcə təşkil olunan “Cəlil Məmmədquluzadə - 150” adlı kitab sərgisinə baxış keçirilib. Sonra tədbiri kitabxananın müdiri Arifə Məhərrəmova açaraq böyük sənətkarın həyat və yaradıcılığı barədə məlumat verib.
Muzeyin direktoru Zeynəb Quliyeva çıxışında C.Məmmədquluzadənin dram və əsərlərinin özündə milli, ümumbəşər dəyərlərini əks etdirməsindən və “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda və eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyması haqqında danışıb.Tədbirin sönunda "Danabaş kəndinin əhvalatları" əsərindən səhnəcik nümayiş olunub.

 

174 KB

 

167.7 KB

 

133.4 KB