Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində İnsan Hüquqları Aylığı çərçivəsində tədbir keçirilib

29.05.2019

 29 may 2019-cu il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində İnsan Hüquqları Aylığı çərçivəsində “Azərbaycan dövləti daima İnsan hüquqlarının təminatçısıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin, YAP Ağcabədi rayon təşkilatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşları, Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagirdləri və Ağcabədi Pedaqoji Kollecinin tələbələri iştirak ediblər.Tədbiri giriş nitqi ilə açan Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini -dini qurumlarla işin təşkilatçısıTəyyarHacıyev bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun tarixi ölkəmizdə Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq, Ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq 18 may – 18 iyun  respublikamızda İnsan Hüquqları Aylığı elan edilib. Respublikanın bütün regionlarında olduğu kimi, Ağcabədi rayonunda da İnsan Hüquqları Aylığı çərçivəsində silsilə tədbirlər həyata keçirilir.      Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin Aparıcı məsləhətçisi Cavid Məlikzadə məruzə ilə çıxış edib. Sonra məruzə ətrafında çıxışlara başlanılıb. Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin məsləhətçisi Nurəddin Hacıyev, YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Ramil Nağıyev, Ağcabədi Pedaqoji Kollecin direktor müavini Rövşən Bayramov çıxış edərək 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında olan maddələrin 1/3-nin insan hüquq və azadlıqlarına həsr edildiyini, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində mütərəqqi tədbirlərin həyata keçirildiyini bildiriblər. Tədbirdə, həmçinin 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm hadisə olduğunu qeyd edilib. Sonda diskussiya şəklinda keçirilən görüşdə  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb

 

76.7 KB

 

80.8 KB

 

83.6 KB