Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi şəhər Tarix-diyarşünaslıq muzeyi 18 May Beynəlxalq Muzeylər Günü münasibət ilə 16-18 may tarixlərində Açıq Qapı günü elan etmişdir

20.05.2019

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 15 may 2019-cu iltarixli 134 nömrəli əmrinə əsasən, Ağcabədi şəhər Tarix-diyarşünaslıq muzeyi 18 May Beynəlxalq Muzeylər Günü münasibət ilə 16-18 may tarixlərində Açıq Qapı günü elan etmişdir. Bu peşə bayramı münasibətilə müxtəlif tədbirlər keçirilir, tariximizlə, mədəniyyətimizlə yaxından tanış olmaq məqsədi ilə mayın 18-də bütün muzeylərimizdə “açıq qapı” günü elan edilir. Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir.

Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.Tədbir “Muzeylər mədəniyyət mərkəzi kimi-ənənələrin gələcəyi” devizi altında keçirilmişdir.Muzeyə gələn qonaqlarmız Uşaq  Gənclər İnkişaf Mərkəzinin Tikiş və Bədii qiraət dərnəyinin üzvləri, Ağcabədi şəhər 4 saylı körpələr evi-uşaq baxçasının uşaqları,şəhər 2,3,8,12 saylı, Şahsevən kənd tam orta məktəbin şagird və müəllimləri olmuşdur.

Həmin tarixlərdə muzeyə gələn tamaşaçılara 18 May-Beynəlxalq Muzeylər gününün yaranma tarixindən,muzeylərin hərbir xalqın tarixinin,adət-ənənlərinin qorunması və təbliğində rolu haqqında,müasir Şirvan şəhərinin və onun yerləşdiyi ərazinin,tarix və mədəniyyət abidələrinin,Nəsimi irsinin,Azərbaycanın ərazi bütövlüyü,Laçının işğalı,ağcabədililərin Böyük Vətən və Qarabağ müharibələrində iştirakı və sair mövzularda tematik ekskursiyalar və sərgilər təşkil edilmişdir.

 

 

 

689 KB

 

628.8 KB

 

539.2 KB