Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ümumrayon bayram tədbiri keçirilmişdir

10.05.2019

10 May, 2019-cu il tarixdə Ağcabədi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Heydər Əliyev meydanında ümumrayon bayram tədbiri keçirilmişdir. Tədbirdə Ağcabədi rayon rəhbərliyi kollektivi, Ağcabədi Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələri kollektivləri, idarə, təşkilatlar, tələbə-gənclər və rayon ərazisində yerləşən hərbi hissələrdən tədbirə dəvət olunmuş əsgər və zabitlər iştirak ediblər. Ağcabədililər ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsinin üzərinə tər çiçəklər düzərək Onun əziz xatirəsini yad etmişlər. Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır. Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Milli Lider Heydər Əliyevin  Doğum günü münasibətilə xalqına, Vətəninə sadiq, dövlətini sevən bütün insanları təbrik etmiş, hər kəsə möhkəm can sağlığı, bundan sonrakı iş fəaliyyətində uğurlar arzu etmişdir. Daha sonra rayonun ictimai-siyasi həyatında fəal olan bir qrup ziyalı şəxslər Fəxri Fərmanlar və digər qiymətli hədiyyələrlə təltif olunmuşlar. Bayram tədbirinin bədii hissəsinə başlayan Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət musiqili ansambl geniş, bayram abu-havalı, Vətənimizi, Ulu Öndərimizi tərənnüm edən konsert proqramı ilə çıxışlar etmişdir. Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin birləşmiş rəqs kollektivlərinin, Heydər Əliyev Mərkəzinin “Rəqs” kursunun rəqs qrupunun nümayiş etdirdikləri rəqs nömrələri, Mərkəzin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin “Sən elə bir zirvəsən” adlı şeir kompozisiyaları hər kəs tərəfindən rəğbətlə qarşılanmışdır. İfa onunan mahnılar, oxunan nəğmələr də bayram tədbirinə xüsusi gözəllik qatmışdır. Heydər Əliyev meydanına baş tutan bayram tədbiri 2 saat davam edərək, sonda möhtəşəm atəşfəşanlıqla sona çatmışdır. 

 

437.8 KB

 

499 KB

 

490.7 KB