Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Heydər Əliyev Mərkəzi əməkdaşları tərəfindən Ağcabədi ərazisində yerləşən N saylı hərbi hissədə mühazirələrin təşkilinə başlanılıb

08.05.2019

08 may 2019-cı il tarixdəki növbəti mühazirəmiz Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçirildi.Mərkəzin əməkdaşı Rövşanə Əliyeva Dahi Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar olaraq “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzə zamanı N saylı hərbi hissənin əsgərlərinə bildirmişdi ki,Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu milli hərbi kadrların hazırlığı məsələsi daim ön plana çəkilmişdi.Ümummilli lider 1971-ci ildə böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu.

O vaxt SSRİ-də iki belə məktəb vardı: Naximov və Suvorov adına hərbi məktəblər. Üçüncü belə məktəbin Azərbaycanda yaradılmasının böyük əhəmiyyəti vardı.Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra da ordu quruculuğu siyasətini davam etdirmişdir. Silahlı Qüvvələrdə həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi.Qeyd edək ki, ötən ilin oktyabr ayından etibarən hər ay Dahi Liderin fəaliyyətinin müxtəlif istiqamətlərinə həsr edilən məruzələr aprel-may ayları ərzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub. Məruzələr iyul ayının sonunadək davam edəcəkdir.

 

129.1 KB

 

158.1 KB

 

145.2 KB