Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan deyəndə səni düşünürük biz” adlı tədbir keçirilib

07.05.2019

07 may 2019- cu il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Dahi Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibəti ilə növbəti  tədbir keçirildi.Öncə “Xalqa bağışlanan ömür” adlı sərgiyə baxış keçirildi.Heydər Əliyev mərkəzinin direktoru Məhsəti Ağayeva tədbiri giriş sözü ilə açaraq Dahi Liderimizin Azərbaycan üçün gördüyü  misilsiz xidmətlərdən danışdı. Sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Rövşanə Əliyeva, N saylı hərbi hissənin əsgəri Anar Bədirli, 4 saylı məktəbin Gənc Heydərçilər qrupunun üzvü Elgün Quliyev, Ağcabədi Pedeqoji kollecinin tələbəsiRöyalə Hümbətova, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova çıxış edərək ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması üçün atdığı uğurlu addımlardan söz açdılar. Daha sonra mərkəzin Həvəskar aktyorluq və bədii qiraət kursunun üzvlərinin ifasında Ulu öndərimizə həsr edilmiş şeir kompozisiyası təqdim edildi. Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış  qısa film tədbir iştirakçılarında xoş ovqat yaratdı. Sonda  02 may 2019-cu il tarixdə mərkəz tərəfindən keçirilmiş,” Müasir tariximizi necə bilirik?” adlı bilik yarışında yer tutan qaliblərə diplomlar təqdim olundu.Qeyd edək ki, müsabiqədə I yeriM.F.Axundov adına 3 saylı məktəb-lisey,II yeri şəhər 5 saylı tam orta məktəb, III yerləri isə şəhər  1 və 2 saylı məktəblərin komandaları qazanmışdırlar.

 

161.2 KB

 

108.2 KB

 

98.7 KB