Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi MKS-nin Mərkəzi kitabxanasında İsi Məlikzadənin anadan olmasının 85 illiyi münasibəti ilə tədbir keçirilmişdir

02.05.2019

Ağcabədi Regional Mədəniyyət İdarəsinin nəzdində olan Ağcabədi MKS-nin Mərkəzi kitabxanasında həmyerlimiz, yazıçı-dramaturq  İsi Məlikzadənin anadan olmasının 85 illiyi münasibəti ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları yazıçının məzarını ziyarət edərək üstünə gül-çiçək dəstələri qoydular. Sonra Mərkəzi kitabxananın həyətində “İsi Məlikzadə-85” başlığı altında sərgi təşkil olundu. Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsinin Oxu zalının müdiri Nigar Allahverdiyeva tədbir iştirakçılarına məlumat verərək bildirdi ki, İsi Məlikzadə müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. İsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun Neft-kimya fakültəsini bitirib.Uzun illər yaradıcılıqla məşğul olmuşdur. Həsrətin sonu, Özgə anası, Kövrək qanadlar, Küçələrə su səpmişəm ,Yaşıl gecə, Günəşli payız,Dədə palıd,  Gümüşgöl əfsanəsi, Şehli çəmənlərin işığı və s. məşhur əsərlərin müəllifidir. 1990-cı ildən Azərbaycan Mədəniyyət Fondunun Qarabağ fılialının sədri vəzifəsində çalışmışdır.1995-ci ildə vəfat etmişdir.Öz yaradıcılğı ilə nəsillərə örnək olan yazıçı daim xatırlanır

 

88 KB

 

110.7 KB

 

104.6 KB