Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Ən gözəl gül” adlı sərgi və tədbir keçirilib

01.05.2019

1may 2019-cu il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon  Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Dahi Liderimiz Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə tədbir keçirilib.Heydər Əliyev Meydanında baş tutan tədbirdə öncə Ulu Öndərimizin xatirəsinə həsr edilmiş “Ən gözəl gül” adlı müsabiqəyə təqdim olunmuş əl işlərinə baxış keçirildi.Sərgidə müxtəlif texnika ilə hazırlanmış gül və çiçək kompozisiyaları yer almışdı.Sərgidə həmçinin Ağcabədi rayon Dövlət Rəsm Qalereyası və Ağcabədi rayon MKS-i də rəsm və kitablarla iştirak etmişdirlər. Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva çıxış edərək bildirmişdir ki, Ulu Öndərin doğum günü ilə əlaqədar Heydər Əliyev Mərkəzi tərəfindən silsilə tədbirlər keçirilir və bugünkü tədbir də həmin silsilə tədbirlərdən biridir. Bundan sonra Heydər Əliyev Mərkəzinin və Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin rəqs qruplarının təqdimatında bir-birindən gözəl rəqs nömrələri nümayiş etdirildi.Heydər Əliyev mərkəzinin Həvəskar aktyorluq və bədii qiraət kursunun üzvləri Ümummilli Liderimizə həsr olunmuş şeir kompozisiyası ilə çıxış etdilər. Daha sonra şəhər 2 saylı və şəhər 5 saylı Uşaq bağçası körpələr evinin fidanları da,öz rəqsləri ilə tədbirə rəng qatdılar.Sonda “Ən gözəl gül” müsabiqəsinin qalibləri təltif olundular

 

512.4 KB

 

425.1 KB

 

619 KB