Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Ağcabədi rayonu olub

17.04.2019

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı  Ağcabədi rayonunda oldu. Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı 17 Aprel, 2019-cu il tarixdə Ağcabədi rayon Heydər Əliyev meydanında baş tutdu. Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, Ağcabədi Regional Mədəniyyət İdarəsi və onun Ağdam, Laçın mədəniyyət nümayəndəlikləri, Şəki, Sumqayıt, Xaçmaz, Bərdə, Ağstafa, Şəmkir, Gəncə, Lənkəran, Masallı, Kürdəmir, İsmayıllı, Biləsuvar, Ağdaş və Sabirabad Regional Mədəniyyət idarələri kollektivləri və onların rəisləri, mədəniyyət işçiləri və yüzlərə ağcabədili iştirak edirdilər. Eyni zamanda tədbirə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovla yanaşı Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov və Laçın rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərli də qoşulublar.Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud olan incəsənət ustalarının da yaradıcılığına geniş yer verilib. Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon Mərkəzləşdirilimiş Kitabxana Sistemi respublikamızda “Nəsəmi ili” elan edilməsi ilə əlaqədar olaraq “Oxu” şüarı adı altında kitab guşəsi də təşkil edilib. Bundan başqa ədibin qəzəllərini Nəsimi obrazında  olan Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvləri qonaqlar üçün səsləndiriblər. Festivalın zəngin proqramını yaddaqalan edən məqamlardan biri isə “Qarabağ” “Pesvebi” və “Göyçay” rəqs kollektivlərinin ifasında  bir-birindən maraqlı rəqslərin nümayiş olunması olub. Konsert proqramında Folklor kollektivlərinin ifası ilə yanaşı “Qarabağ Şikəstəsi”, “Yaşa mənim xalqım”, “Qonaq gəl bizə” kimi digər mahnılar da səsləndirilib. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında digər bölgələr kimi  Ağcabədi sənətkarlarının kustar və digər üsullardan istifadə edərək hazırladıqları misgərlik nümunələri, nəfis şəkildə işlənmiş məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid olan zərif naxışlı tikmələr, hörmə və toxuma əl işləri kimi digər nümunələr qonaqlara təqdim olunub.  Daha sonra digər Regional Mədəniyyət idarələrinin təqdimatında dekorativ sənət nümunələrində müxtəlif məzmunlu, əsasən tarixi mövzuda və peysaj janrında yerli rəssamlar tərəfindən çəkilmiş rəsm əsərləri, yerli sənətkarların əl işləri olan heykəl nümunələri, filoqrafiya əsərləri də sərgilənib. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə  şəhər və rayonların bir-birinin mədəni zənginliyini, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaqla yanaşı insanlar arasında doğmalıq və səmimi münasibətlərin möhkəmlənməsinə böyük xidmət etməklə yanaşı yeni təşəbbüslərə geniş imkanlar açır. Qeyd edək ki Mədəniyyət Nazirliyinin iş planına əsasən  respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur.

 

130.5 KB

 

104.5 KB

 

100.4 KB