Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ulu Öndər Heydər Əliyevin 96 illik yubileyi ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzi əməkdaşları tərəfindən orta məktblərdə mühazirələrin təşkilinə başlanılıb

16.04.2019

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar olaraq 15 aprel 2019-cı il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən M. Aranlı adına Ağcabədi şəhər 11 № -li tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda məruzə keçirilmişdir.
Mərkəzin əməkdaşı Rövşanə Əliyeva tərəfindən keçirilən məruzə zamanı məktəblilərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilərək bildirilmişdir ki, 1969-cu ilin 14 iyulunda Ümummilli Lider Heydər Əliyev Azərbaycan KP MK-nın  I katibi seçildikdən sonra, öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən sonra  yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olmuşdur.     1970-ci illərdə bütün Azərbaycan artıq əzəmətli tikinti meydanına çevrilmişdir. Ölkənin hər yerində infrastruktur yaradılmış, yeni xidmət sahələri açılmışdır.  Artıq Azərbaycan Sovet İmperiyası çərçivəsində öz infrastrukturuna görə digərlərini qabaqlayırdı. Amma bu hələ son deyidi. Heydər Əliyev  Azərbaycan iqtisadiyyatını ittifaq asılılığından xilas etdi. Ümummilli lider hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bugününü qururdu.Məruzə zamanı o da vurğulanmışdır ki, Böyük tarixi şəxsiyyət təkcə böyük ideoloq və dövlət xadimi yox, həm də tarixin, cəmiyyətin gedişatını təyin edən mütəfəkkir idi. “Əsrin müqaviləsi” adı ilə tarixə daxil olmuş beynəlxalq neft sazişləri belə tarixi uzaqgörənliyin əyani nümunəsidir. “Əsrin müqaviləsi” ilə Ümummilli lider həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Bununla da Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Qeyd edək ki, ötən ilin oktyabr ayından etibarən hər ay Dahi Liderin fəaliyyətinin müxtəlif istiqamətlərinə həsr edilən məruzələr aprel-may ayları ərzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub. Məruzələr tədris ilinin sonunadək davam edəcəkdir.

 

75.4 KB

 

89.4 KB

 

75.1 KB