Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Qarabağ” rəqs kollektivinin Gürcüstan zəfəri

08.04.2019

06.04.2019-cu il tarixdə Gürcüstanın paytaxtı Tiflis şəhərində “Böyük Qafqaz Rəqs” kuboku yarışması keçirilmişdir. Bir neçə dövlətin (Gürcüstan, Türkiyə, Azərbaycan və Qafqaz ölkələri) iştirak etdiyi rəqs kuboku müsabiqəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin “Qarabağ” rəqs kollektivi də iştirak etmişdir. Rəqs yarışması Tiflis Olimpia İdman Kompleksində baş tutmuşdur. Həmin tarixdə, saat 16-00 – da öz ifasını uğurla təqdim edən Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin 10 yaşlılardan ibarət 8 uşağın iştirakı ilə rəqs kollektivi “Vals” nömrəsi ilə yarışın 1-ciliyini – yarışın kubokunu və diplomlarını qazanmışdır. 07.04.2019-cu il tarixdə Tiflis  Şəhər Filarmoniyasında yenə bir neçə ölkənin iştirakı ilə keçirlən yarışın növbəti mərhələsində saat 15-00 – növbəti rəqs nömrəsini təqdim edən rəqs kollektivimiz  yarışmanın təşəkkür Diplomunu və nümunəvi çıxışları ilə seçilən kollektivlər üçün nəzərdə tutulmuş Kobuk əldə etmişdir. Beləliklə,  Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin rəqs kollektivi yaxın gələcəkdə Gürcüstanın Batumi şəhərində baş tutacaq “Qızıl Ulduz” rəqs festivalına iştirak hüququ  əldə etmişdir.

 

79.7 KB

 

78.8 KB

 

94.9 KB