Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi- 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü münasibəti ilə sərgi təşkil edib

03.04.2019

Ağcabədi Regional Mədəniyyət İdarəsinin nəzdində olan Ağcabədi rayon MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi- 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü münasibəti ilə sərgi təşkil edib. Uşaq şöbəsinin Oxu zal müdiri Turanə Həsənova sərgi iştirakçılarına məlumat verərək bildirib ki, aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür. Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var.       Məşhur nağılçı Hans Kristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Ona görə də Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib.1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası (International Board on Books for Young People – IBBY) tərəfindən isə Danimarka yazıçısı, uşaqların sevimlisi Qans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir. Eyni zamanda, uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq kitaba sevgi aşılamaqdır.      Sərgi məktəbli oxucular tərəfindən böyük maraqla qarşılanıb.

 

195.5 KB

 

180.4 KB

 

203.5 KB