Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi MKS-nin Hindarx qəsəbə kitabxana filialında kəşfiyyatçı Dilsuz Qarayevin anım günü ilə bağlı tədbir keçirilmişdir

03.04.2019

Ağcabədi Regional Mədəniyyət İdarəsinin nəzdində olan Ağcabədi MKS-nin Hindarx qəsəbə kitabxana filialında 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş kəşfiyyatçı Dilsuz Qarayevin anım günü ilə bağlı tədbir keçirilmişdir. 1 №-li Hindarx qəsəbə kitabxana filialının müdiri Vəsilə Məmmədova tədbiri giriş sözü ilə açaraq bildirdi ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.Vəsilə Məmmədova bu döyüşlərdə şəhid olan Dilsuz Qarayev haqqında qürurla danışaraq bildirdi ki, bu gün Dilsuz Qarayev, eləcə də Azərbaycanın Milli Qəhrəmanı adına laiq görülmüş Etibar İsmayılov və qəsəbəmizin digər şəhid oğulları gənclərə nümunədirlər

 

119.5 KB

 

111.8 KB

 

79.8 KB