Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdam rayon Rahib Məmmədov və Tarix-Diyarşunaslıq muzeyinin birgə təşkilatçılığı ilə Şəhid Mustafayev Miro Məmməd oğlunun anim tedbiri keçirdilib.

19.02.2019

Bu gün Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeyində Tarix-Diyarşünaslıq muzeyi ilə birgə Şəhid Mustafayev Miro Məmməd oğlunun anım tədbiri keçirilmişdir. Tədbirdə hər iki muzeyin əməkdaşları, Zəngişalı kənd mədəniyyət evi, orta məktəb şagirdləri və şəhidin ailə üzvləri iştirak etmişdir. Şəhid Mustafayev Miro Məmməd oğlu 1949-cu il mayın 28-də Ağdam rayon Mahrızlı kəndində anadan olmuşdur. O, 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb və həmin ildən Hərbi Səyyar Cərrahiyə Hospitalında çalışmışdır. O, 1993-cü il fevralın 18 də mühasirədə qeyri bərabər döyüşdə şəhid olmuşdur. Allah Şəhidlərimizə rəhmət eləsinTədbirdə Döyüş Şöhrəti muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Ülvi Qədirov, Zəngişalı kənd mədəniyyət evinin direktoru Fikrət Əliyev , şəhidin həyat yoldaşı və övladı Teymur Mustafayev çıxış etmişdir.


 

 

48.8 KB

 

54.3 KB

 

55.3 KB