Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi MKS-də “2019-cu il Nəsimi ilidir” başlığı altında kitab sərgisi təşkil edilib

18.02.2019

 Ağcabədi Regional Mədəniyyət İdarəsinin nəzdində olan Ağcabədi rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsi 18 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin  Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili”  elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı şəhər 2 saylı tam orta məktəbin şagirdləri üçün “2019-cu il Nəsimi ilidir” başlığı altında kitab sərgisi təşkil ediblər. Oxuculara xidmət şöbəsinin müdiri İ.Musayeva Böyük söz ustası, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsimi yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verib. Sərgi şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. 

 

166.3 KB

 

108.9 KB

 

160 KB