Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi MKS-də “Dünyanı sarsıdan faciə” başlıqlı tədbir təşkil olunub

18.02.2019

Ağcabədi Regional Mədəniyyət İdarəsinin nəzdində olan Ağcabədi MKS-də Azərbaycan Respublikası Prezidentinin “Xocalı Soyqrımının 27-ci ildönümü haqqında” 5 fevral 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı xüsusi Tədbirlər planı hazırlanıb.Mərkəzi kitabxana və kitabxana filiallarında sərgi və foto-stendlər təşkil olunub. 18 fevral 2019-cu il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsində “Dünyanı sarsıdan faciə” başlıqlı tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin kitabxanaçısı M.İbrahimova açaraq Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Tədbirdə Uşaq şöbəsinin müdiri X.Həmzəyeva, Metodika və biblioqrafiya şöbəsinin metodisti S.Abdullayeva, Şəhər 3 saylı tam orta məktəbin müəlliməsi K.Lələşova və başqaları çıxış etdilər.  Çıxış edənlər hər biri XX əsrin əvvəlində başımıza gətirilən müsibətlərdən soyqırımlardan söhbət açdılar. Tədbirdə şəhər 3 saylı tam orta məktəbinin III sinif şagirdlərinin ifasında Xocalıya həsr olunmuş şeirlər səsləndirildi.

 

536.8 KB

 

479.9 KB

 

454.9 KB