Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Heydər Əliyev Mərkəzində “Alnımızdandır göy üzü” kitabının təqdimatı keçirildi

30.01.2019

30 yanvar 2019-cu il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində gənc şair Cahandar Aybərin “Alnımızdandır göy üzü” adlı ilk şeirlər kitabının təqdimatı keçirildi.  Heydər Əliyev Mərkəzinin direktoru, “Ələk” ədəbi məclisinin rəhbəri Məhsəti Musa Cahandarın yaradıcılığına,keçmiş olduğu çətin yola nəzər salıb, onun istedadlı və eyni zamanda zəhmətkeş, istedadı üzərində işləyən, bunun sayəsində də irəli addımlamağı bacaran nümunəvi bir gənc şair olduğunu vurğuladı.Daha sonra şair, AYB-nin üzvü Gündüz Sevindik, Vəli Qurbanoğlu, Saqif Zeynal, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova, oxuculardan Zakir Əliyev, Nüşabə Quliyeva və digərləri çıxış edərək şairin şeirlərinə, yaradıcılığına münasibət bildirdilər. Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvü Röyalə Hümbətova şairin şeirlərini səsləndirdi.Toplantı şairin özünün çıxışı və səsləndirdiyi şeirlərlə başa çatdı.

 

92.5 KB

 

99 KB

 

95.5 KB