Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi Regional Mədəniyyət İdarəsinin Laçın rayon nümayəndəliyində hesabat yığıncağı keçirildi.

22.01.2019

22 yanvar 2019-cu il tarixində Ağcabədi rayon ərazisində yerləşən Taxta-körpü qəsəbəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Laçın rayon üzrə nümayəndəliyinin mədəniyyət sahəsində 2018-ci ildə  görulən işlər və 2019-cu ildə qarşıda duran məsələlər haqqında hesabat yığıncağı keçirilmişdir. Hesabat məruzəsi ilə çıxış edən Regional İdarənin baş məsləhətçisi Laçın rayonu üzrə nümayəndə Asif Əliyev  2018-ci ildə nümayəndəliyin və onun tabeliyində olan Laçın rayon mədəniyyət müəssisələrində görülən işlər barəsində ətraflı yığıncaq iştirakçılarına məlumat vermişdir. Digər çıxış edənlər MKS-nin direktoru Ofeliya Şükürova, Pircahan kənd Mədəniyyət evinin direktoru Rübabə İbadova, MKS-nin Xidmət şöbəsinin müdiri İlqarə Xıdırova, Malıbəy kənd Mədəniyyət evinin direktoru Elyana Məmmədova ötən il ərzində mədəniyyət sahəsində görülən işlərlə əlaqədar ətraflı məlumat vermişdir. Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyev yekun çıxışı etmişdir.  Yığıncaq sonda mədəniyyət işçiləri ilə səmimi söhbətlərlə yekunlaşdı.

 

133.7 KB

 

211.3 KB

 

149.3 KB