Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“20 Yanvar – Milli Hüzn Günü” münasibətilə ümumrayon Anım tədbiri keçirilmişdir

21.01.2019

20 Yanvar, 2019-cu il tarixdə Ağcabədi rayonunda “20 Yanvar – Milli Hüzn Günü” münasibətilə ümumrayon Anım tədbiri keçirilmişdir. Mərasim Ağcabədi rayon Şəhidlər Xiyabanında baş tutmuşdur. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti rəhbərliyi və onun aparatı, Ağcabədi Regional Mədəniyyət İdarəsi rəhbərliyi və Regional İdarənin tabeliyində olan bütün mədəniyyət müəssisələri kollktivləri, rayon ziyalıları, gənclər və rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrin əsgər və zabitləri iştirak etmişlər. 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə keçirilən Anım tədbiri Dövlət Himninin səslənməi ilə başlamışdır. Mərasimdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov  Sovet imperiyası 20 yanvar 1990-cı ildə öz azadlığı, öz dövlətinin sahibi kimi yaşamaq, müstəqil həyat sürmək uğrunda mübarizə aparan xalqımıza qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməllərindən danışmışdır. 29 il əvvəl o qanlı yanvar gecəsi xalqımız babalardan qalma qəhrəmanlıq ənənəsini dünyaya yenidən göstərdi. Yurdumuzun oğul və qızları müstəqilliyimiz, azadlığımız, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucaldılar. Bu qanlı faciə Sovet imperiyasının cinayətkar rəhbərliyinin xalqımızı müstəqil yaşamaq əzminə görə cəzalandırmaq, onu sarsıtmaq və azadlıq ideyasından əl çəkməyə məcbur etmək üçün həyata keçirdiyi ağır cinayət əməli idi – deyə natiq qeyd etmişdir.Ağcabədi rayonunun axundu Mərdan Rzayev şəhidlərin ruhuna dualar oxumuşdur. Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin üzvləri 20 Yanvar şəhidlərinə həsr olunmuş “Azadlıq nəğməsi” adlı əbədi-bədii musiqili şeir kompozisiya  ilə çıxış etdilər.    Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, saat  12:00 – da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra rayon ictimayyəti 20 Yanvar, Xocalı soyqrımı şəhidlərini, 1941-1945-ci illər II dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini və 31 mart Azərbaycanlıların soyqırımını özündə əks etdirən möhtəşəm abidə kompleksi  önünə və Qarabağ müharibəsi şəhidlərinin qəbirləri üzərinə tər qərənfil dəstələri düzmüş və onların ruhunu yad etmişlər.

 

3.2 MB

 

882.5 KB

 

879.2 KB