Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

20 Yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar olaraq Ağdam Dövlət Rəsm Qalareyyası tədbir keçirdi

20.01.2019

   19 Yanvar  2019-cu il  tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin  Ağdam  Dövlət  Rəsm  Qalereyasının  kollektivi  tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “20 yanvar –Qəhrəmanlıq salnaməsi” adlı  dəyirmi masa təşkil edilib.İlk  öncə  Ağdam rayonunun girişində  yerləşən  Şəhidlər  Abidə Kompleksini ziyarət  edərək abidə  önünə gül dəstələri qoymuş,daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda  şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə çıxış edən Ağdam Dövlət  Rəsm  Qalereyasının direktoru Təbriz  Baxşalıyev  20 Yanvar faciəsinin əsla unudulmadığını, bu qanlı hadisəyə səbəb  olanların tarix qarşısında cavab verəcəklərini diqqətə çatdırıb.

 

 

156.2 KB

 

344.2 KB