Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdam rayon Nümayəndəlikdə hesabat yığıncağı keçrildi.

17.01.2019

16  Yanvar  2019-cu  il tarixdə  Ağdam rayon Quzanlı  qəsəbəsində  Ağcabədi  Regional  Mədəniyyət  İdarəsinin Ağdam  rayon   üzrə  Nümayəndəliyinin  2018-ci  il  ərzində  gördüyü  işlər 2019-cu ildə qarşıda duran məsələlər  barədə  hesabat yığıncağı  keçirildi.Ağdam  rayon  üzrə  Nümayəndə    Şahin  Qasımov  2018-ci ilin  yekunu  və  2019-cu  ildə qarşıda  duran  vəzifələr  barədə  məruzə  etdi.Məruzə ətrafında çıxış  edərək Ağdam rayon MKS-nin  Direktoru  Sevda  Hüseynova, Ağdam rayon Qaradağlı  kənd  Mədəniyyət  evinin  Müdiri  Zənurə  Mirzəyeva və başqaları,  rəhbərlik etdikləri müəssisənin iş fəaliyyəti və  2018-ci  ildə görülmüş   işlər  barədə iclas iştirakçılarına geniş  məlumat  verdilər.Ağdam  rayon  Heydər  Əliyev  Mərkəzinin  Fond  mühafizi Elçin  Cəfərov və Ağcabədi rayon MKS-nin informasiya resurs şöbəsinin müdiri Gülşən Quliyeva, mədəniyyət  sahəsində keçirilən tədbirlərin   sosial   şəbəkələrdə  nümayiş  edilməsi  barədə   öz fikirlərini bölüşərək tədbirlərin sosial şəbəkə vasitəsi ilə paylaşılmasının mühimliyi barədə iclas iştirakçılarına bir sıra tövsiyyələr verdilər.Hesabatın  sonunda  Ağcabədi  Regional  Mədəniyyət  İdarəsinin  Rəisi  cənab  Rza  Quluyev   çıxış  edərək  Mədəniyyət  işçilərinə  öz  tövsiyyə  və  göstərişlərini  verdi.

 

 

73.1 KB

 

80.8 KB

 

91 KB