Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi Şəhər Uşaq İncəsənət və musiqi məktəblərinin kollektivləri bayram tədbirləri keçirdi

01.01.2019

31 Dekabr – “Dünya azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni İl münasibətilə Ağcabədi rayonunda Ağcabədi Regional Mədəniyyət İdarəsinin tebeliyində olan Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət Məktəbi və Ağcabədi Şəhər Uşaq Musiqi məktəblərinin kollektivləri bayram tədbirləri keçirmişlər. Hər iki tədbir Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində baş tutmuşdur. 01 Yanvar, 2019-cu il tarixdə Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin keçirdiyi bayram tədbiri Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlamışdır. Tədbirdə Ağcabədi şəhər tam orta məktəbin ibtidai sinif şagirdləri, məktəbin müəllimləri və valideynlər iştirak etmişlər. Tədbirdə təbrik nitqi ilə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva çıxış edərək gözəl bayramlar münasibətilə hər kəsi təbrik etmiş, müəllim və şagirdlərə dərs ilində uğurlar arzulamışdır. Daha sonra İncəsənət məktəbinin tədbir üçün hazırladığı “Qış nağılı” adlı bayram konserti başlamışdır. Biri-birindən gözəl mahnılar, rəqslər, tamaşa-səhnəciklər, qışı, Yeni İli, Şaxta Baba və Qar qızı tərənnüm edən şeirlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.. Sonda Şaxta Baba uşaqlara bayram hədiyyələri paylamışdır. Bayram tədbiri 1 saat davam etmişdir.02 Yanvar, 2019-cu il tarixdə Ağcabədi Şəhər Uşaq Musiqi məktəbinin keçirdiyi bayram tədbiri də Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində keçirilmişdir.  Tədbiri təbrik nitqi ilə açan Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Səfərova tədbirdə iştirak edən hər kəsi 31 Dekabr – “Dünya azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni İl münasibətilə təbrik etmiş, onlara Yeni ildə möhkəm can sağlığı, işlərində uğurlar aru etmişdir. Tədbirin bədii hissəsinə başlayan Ağcabədi Şəhər Uşaq Musiqi məktəbinin musiqili kollektivi baxımlı, rəngarəng, əsl bayram ovqatlı musiqi proqramı ilə çıxışlar etmişlər. Şaxta Baba və Qar qızın səhnəyə gəlişi uşaqlara bir dünya sevinc bəxş etmişdir. Təqdim olunan gözəl rəqs nömrələri, oxunan mahnılar, söylənən şeirlər alqışlarla qarşılanmışdır. Uşaqlar Şaxta Baba və Qar qızla birlikdə səhnədə qurulmuş yolka ətrafında rəqs etmişlər. Sonda Şaxta Baba uşaqlara bayram hədiyyələri paylamışdır. Bayram tədbiri saat yarım davam etmişdir.

 

 

 

 

268.9 KB

 

288.5 KB

 

287.7 KB