Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdam rayon Dövlət Rəsm Qalereyasında Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni il münasibəti ilə tədbir keçirilmişdir

28.12.2018

28 dekabr 2018-ci il tarixində  Ağcabədi  Regional  Mədəniyyət  İdarəsinin  tabeliyində fəaliyyət göstərən Ağdam  rayon  Dövlət  Rəsm  Qalereyasında Dünya  Azərbaycanlılarının Həmrəylik və Yeni  il münasibəti  ilə tədbir  keçirilmişdir.Tədbirdə  rayon mədəniyyət  işçiləri  və  rayon  ziyalıları  iştirak  etdilər. Tədbiri   giriş sözü  ilə  Ağdam  Dövlət  Rəsm  Qalereyasının  Direktoru  Baxşalıyev Təbriz  açaraq tədbir  iştirakçılarına  öz  xoş arzularını çatdıraraq  bildirdi ki, 2018-ci ildə  Ölkəmizdə  gedən  inkişaf  nəticəsindəhər bir sahədə olduğu kimi mədəniyyət sahəsində yeniliklər və uğurlar çoxsahəli olmuşdur.Tədbirin  gedişində  Quzanlı  bir  qəsəbə  tam  orta  məktəbin  şagirdlərindən ibarətuşaqların iştirakıyla kiçik səhnəciklər hazırlanmıştədbir iştirakçılarına xoş  anlar yaşatdılar. Tədbirin sonunda qonaqlar Ağdam rayon Dövlət Rəsm  Qalereyasının həvəskar rəssamları tərəfindən çəkilmiş əl işlərindən ibarətnümayiş olunan sərgiyə baxış keçirmişdilər.

 

324.9 KB

 

352.6 KB

 

370.2 KB