Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon MKS-inin Boyat kəndində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirildi.

28.12.2018

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi rayon MKS-inin Boyat kənd kitabxana filialı, Boyat Xalq Yaradıcılıq evi, Boyat kənd Musiqi Məktəbi ilə birlikdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirmişdir. Tədbirdə Ağcabədi rayon MKS-inin direktoru Məhəbbət Əliyeva , Y.Məmmədov adına Mədəniyyət Mərkəzinin direktoru Məzahir Mehdiyev iştirak etmişlər. Çıxış edənlər tədbir iştirakçılarının nəzərinə çatdırdılar ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda Türkdilli Xalqların Konfransı keçirilirdi. Konfrans dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.Tədbir Boyat kənd Musiqi Məktəbinin hazırladığı konsert proqramı ilə başa çatdı.

 

89.7 KB

 

103.6 KB

 

110.6 KB